Həmkarlarımızı təbrik edir, daha böyük elmi nailiyyətlər arzulayırıq
İyl 26, 2023 | 06:00
AMEA–nın Şəki Regional Elmi Mərkəzinin “Ədəbi–mədəni mühit, folklor və etnoqrafiya” şöbəsinin rəhbəri İradə Yusifovanın və şöbənin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Kamil Adişirinovun Rusiya Federasiyasının Müasir Humanitar Tədqiqatlar İnstitutunun nüfuzlu “Studia Humanitatis” jurnalında “Əcdadlarımızın seysmik görüşləri folklorda” (İradə Yusifova – İngilis dilində), “Lütfəli Həsənovun dramaturgiyası və satirik-realist nəsri” (Kamil Adişirinov – Rus dilində) adlı elmi məqalələri dərc edilmişdir. Jurnal “İndex Copernicus”, “RİNS”, “Google Shoolar” və digər aparıcı beynəlxalq bazalarda indeksləşdirilmişdir.
Həmkarlarımızı təbrik edir, daha böyük elmi nailiyyətlər arzulayırıq.