Milli Aviasiya Akademiyası tərəfindən Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Süni intellekt texnologiyaları və aerokosmik problemlər” mövzusunda I Beynəlxalq elmi-praktik konfrans
İyn 25, 2023 | 12:00
Süni intellekt texnogiyaları və aerokosmik problemlər
AZƏRBAYCANIN ŞİMAL-QƏRB REGİONUNDA SÜNİ İNTELLEKT SAYƏSİNDƏ ARXEOLOGİYA VƏ MƏDƏNİ İRSƏ AİD MÜHÜM TAPINTILAR
2023-cü il 22-23 iyun tarixlərində Milli Aviasiya Akademiyası tərəfindən Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Süni intellekt texnologiyaları və aerokosmik problemlər” mövzusunda I Beynəlxalq elmi-praktik konfrans keçirilib. Konfrans Milli Aviasiya Akademiyasının rektoru akademik Arif Paşayevin giriş sözündən sonra bölmələr üzrə plenar məruzələrlə davam edib.
Plenar məruzələrdə AMEA-nın Şəki REM-in direktoru fiz.ü.f.d.,dosent Yusif Şükürlü “Azərbaycanın şimal-qərb regionunda Süni intellekt sayəsində arxeologiya və mədəni irsə aid mühüm tapıntılar” adlı təqddimatla çıxış edib.
Təqdimatda, Süni intellekt imkanlarından - peyklərlə uzaqdan zondlama, bir neçə mənbədən əməliyyat təhlili üçün 3G görüntülü məlumatların alınmasından istifadə etməklə arxeoloji və mədəni irs qalıqlarının (archaeological and cultural heritage (ACH)) sənədləşdirilməsi və qorunması işinin həyata keçirilməsi əsas yeri tutub. Tədqiqatçı bildirib ki, ən yüksək nəticələr - ilin müxtəlif dövrlərində peyklərdən alınan məlumatlardan istifadə etməklə Danaveç yaylasında “Ana Od” arxeoloji qalıqlar şəbəkəsini, eləcə də Çəm yaylası və onun ətrafında qaya üzərinə tişə ilə oyulmuş buta piktoqraflarından birinin Çingiz xanın hərbi formada göylərə - Tanrıya baxan portreti həkk olunmuş olduğu müəyyən edilmişdir. Monqolların dini mərasimlərdə “Ana Od” toteminə həsr etdikləri dualardan birində buta piktoqrafının “Qarağac” ağacı budağına aid olduğu qənaətindəyik. Daş və qayalar üzərində oyulmuş digər işarə və şəkillər, qədim monqol əlifbası ilə yazılmış qeydlər və qanunların yazıldığı monqol kvadratları, həmin abidələrin yaranma tarixini göstərən yazılar var. Tamarçin qolu (Türk dünyasının böyük sərkərdəsi Çingiz xanın adını daşıyan bu çay qolunun adı xalq arasında “Damarcin” adlanır) dərəsinin bu günkü vəziyyəti abidələrin yaradıldığı dövrdən keçən 8 əsr ərzində Kiş çayının geniş vadiyə və ən yüksək sel təhlükəsinə malik olan Tamarçin dərələrində baş verən əsaslı landşaft dəyişiklikləri aydın görünür. Y.Şükürlü qeyd edib ki, bu məlumatlar, yəni Tamarçın dərəsindəki landşaft dəyişiklikləri gələcəkdə yarana biləcək güclü sellər barəsində proqnozların əldə olunmasında istifadə oluna bilər. Bütün bunları nəzərə alaraq, söyləmək olar ki, ən yaxın perspektivdə arxeoloqlar və ekoloqlar tərəfindən qeyd olunan ərazidə, ekoturizm şəbəkəsinin yaradılması məqsədi ilə son on ildə potensial sahələrdə obyektlərin aşkarlanması işinə tətbiq olunan süni intellekt üsullarından istifadə etməklə daha dəqiq məlumatlar əldə ediləcəkdir.
Yusif müəllimi təbrik edir, elmi fəaliyyətində uğurlar arzu edirik.