AMEA-nın Şəki REM-nin Elmi Şura yığıncağı keçirilib
Fev 17, 2023 | 12:00

17 fevral 2023-cü il tarixində AMEA-nın Şəki REM-nin Elmi Şura yığıncağı keçirilib. İclası açan Şəki REM-nin direktoru, fiz.ü.f.d.,dosent Y.H.Şükürlü gündəlikdəki məsələlərlə Şura üzvlərini tanış edib. Elmi Şuranın tərkibi təsdiq olunduqdan sonra Şura yığıncağı davam etdirilib.

Dosent Y.H.Şükürlü AMEA-nın Rəyasət Heyətinin 30 yanvar tarixli iclası  və Şəki REM- in həmin iclasdakı hesabatı ilə bağlı məlumat verib. O, həmçinin bildirib ki, “ELM” qəzetinin 3 fevral 2023-cü il tarixli sayında həmin hesabatla bağlı ətraflı məlumat dərc olunub.

Sonra  2023-cü il üzrə AMEA- nın Şəki REM-də icra ediləcək elmi-tədqiqat işlərinin əhatəli planları üzrə müzakirə aparılıb və təsdiq edilib.

“Şuşa şəhərinin 2023-cü il üçün Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi haqqında AMEA Rəyasət Heyətinin 16 yanvar 2023-cü il tarixli 2/2№-li qərarının əsası ilə əlaqədar işçi qrupunun yaradılmasına qərar verilib.

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2023-cü ili “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı “Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında 28 noyabr 2022-ci il tarixli Sərəncamının icrasına dair AMEA Rəyasət Heyəti tərəfindən tövsiyə olunan və Şəki REM tərəfindən keçiriləcək “Heydər Əliyev ideyalarının zəfər yürüşü” adlı elmi-praktik konfransın 2023-cü ilin fevral ayı ərzində keçirilməsi qərara alınıb.

Daha sonra Şəki şəhərinin İH aparatından Şəki REM-ə daxil olmuş 26 yanvar 2023- cü il tarixli 5-7/2-5/150/2023- №li müraciətlə bağlı məsələ müzakirə edilib. Həmin müraciətlə əlaqədar AMEA-nın Şəki REM-nin mütəxəssisləri  tərəfindən kütləvi informasiya vasitələrində Azərbaycan ədəbi dilinin düzgün tətbiq olunması məqsədilə mütəmadi olaraq maarifləndirmə tədbirləri və treninqlərin təşkil edilməsi qərarı alınıb.

Elmi şuranın sonunda gündəlikdəki cari məsələlər müzakirə olunub.