
Şəki Regional Elmi Mərkəzinin əməkdaşlarının Qazaxıstanın “Endless Liqht in Science” Beynəlxalq elmi praktiki (impakt faktor) jurnalında məqaləsi nəşr olunub
Noy 14, 2022 | 12:00
Noy 14, 2022 | 12:00
Qazaxıstanın “Endless Liqht in Science” Beynəlxalq elmi praktiki (impakt faktor) jurnalının oktyabr 2022-ci il tarixli sayında həmmüəllifləri AMEA-nın Şəki Regional Elmi Mərkəzinin “Landşaftçünaslıq” şöbəsinin rəhbəri, geo.min.ü.f.d. H. Mustafabəyli, “Ekoloji coğrafiya” şöbəsinin elmi işçisi, coğ.ü.f.d.Q. Ağabalayev, “Ekoloji coğrafiya” şöbəsinin rəhbəri Y. Rəhimov və şöbənin laborantı S. Hüseynova olan “Azərbaycanın Şəki-Zaqatala iqtisadi-coğrafi rayonunun landşaftlarının ekocoğrafi xüsusiyyətləri” adlı məqalə nəşr olunub. Əməkdaşımızı təbrik edir, davamlı uğurlar arzulayırıq