AMEA-nın Şəki Regional Elmi Mərkəzinin əməkdaşlarının elmi uğurları
Okt 06, 2022 | 04:01
AMEA-nın Şəki REM-nin əməkdaşlarının elmi məqalələri Türkiyənin “Jotcs Journal of the Turkish Chemical Society Chemistry” (2022, 9(4):999-1006 beynəlxalq reytinqli elmi jurmalda dərc olunmuşdur.
“Chemical Composition and Biological Active Substances from Hazelnut Green Leafy Covers” adları məqalə müəllifləri AMEA Şəki REM-in elmi işlər üzrə direktor müavini, biologia üzrə fəlsəfə doktoru, Fərhad Əzizov, “Ekoloji biofizika” şöbəsinin elmi işçisi Vəfa Atayeva, “Bitkilərin biokimyası” şöbəsinin rəhbəri, biologiya üzrə fəlsəfə doktoru, dosent Zərbalı Xəlilov, həmmüəllifər Azərbaycan Elm və Təhsil nazirliyinin Molekulyar Biologiya və Biotexnologiya İnstitutunun elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru, dosent Nurməmməd Mustafayev və Botanika İnstitutunun elmi işçisi Hilal İmanlıdırlar.
Məqalədə ilk dəfə olaraq Azərbaycanda yetişən Adı Fındıq (Cerylus avellana L) bitkisinin qərzəyinin tərkibində mineral elementlər və əsas antimikrob, antikanserogen, antiosidant və antifinqal təsirlərə malk olan 15 bioloji aktiv maddələr identifikasiya edilmiş, alınmış bioekstraktın tibbidə müalicə vasitəsi kimi, yeyinti sənayesində dadverici, qida əlavəedicisi və aromatizator kimi, həmçinin ipək yun saplarının və parçalarının boyanmasında istifadə imkanları təsdiqlənmişdir.
İkinci məqalə, Ekoloji Biofizika şöbəsinin elmi işçisi Vəfa Atayeva və Elm və Təhsil Nazirliyinin Biofizika İnstitutnun elmi işçisi fiz.ü.f.d. Rasim Aslanovun həmmüəllif olduğu “EPR-Based study to monitor free radicals in treated silk fibroin with anthocyanins” adlı məqalədir.
Müasir dövrdə təbii mənşəli bioaktiv materiallar çox funksiyalılıq və faydalı xüsusiyyətlərinə görə aktuallıq təşkil etdiyindən onlara sənaye və təbabətdə təlabat artmaqdadır. Təqdim olunan iş bioaktiv, antioksidant və ultrabənövşəyi şüaların dağıdıcı təsirindən qoruyan modifikasiya olunmuş ipək fibroin (Bombyx mori L.) biokompozitlərin ikili məqsəd üçün hazırlanmasından ibarətdir. Bu məqsədlə antosianinlərlə zəngin sarağan bitkisinin (Cotinus coggygria L.) payız yarpaqlarının suda ekstraktı tətbiq edilmişdir. Modifikasiya olunmuş SF-in xarici təsirlərə qarşı davamlılığını artırılması və tekstildə istifadəsi üçün 2%-li tokarbamid məhlulundan istifadə edilmişdir.