AMEA-nın Şəki REM-nin “Tarixi irs və etnoqrafiya” şöbəsinin rəhbəri Rahim Həsənov “Xristian abidələri” mövzusunda təlim keçib
Okt 20, 2022 | 12:00
19 oktyabr 2022-ci il tarixində Şəki şəhəri H.Əliyev Mərkəzində Mədəniyyət Nazirliyi Yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası Üzrə Dövlət Xidmətinin Qəbələ Regional İdarəsinin təşkilatçılığı ilə Təlim Kursu keçirilib. Tədbirdə AMEA-nın Şəki REM-nin “Tarixi irs və etnoqrafiya” şöbəsinin rəhbəri Rahim Həsənov “Xristian abidələri” mövzusunda təlim keçib. Məruzə maraqla dinlənilib və əməkdaşımıza təşəkkürnamə təqdim olunub.
Rahim müəllimi təbrik edir, uğurlarının davamını arzu edirik.