Şəki rayonunun “Danaveç” və “Atuçan” yaylaqları ərazisində ekoloji monitorinq aparılıb
Sen 25, 2022 | 11:00
Sentyabrın 24-də “Ekoloji Coğrafiya” şöbəsinin böyük elmi işçisi, coğ.ü.f.d, Qafqaz Ağabalayev tərəfindən Böyük Qafqaz dağlarının cənub yamacında Şəki rayonu Baş Şabalıd və Kiş kəndləri ərazisində yerləşən “Danaveç” və “Atuçan” yaylaqlarının 6 ha-dan çox sahəsində ətraf mühitin ümumi ekoloji vəziyyətinin, bitki örtüyünün və torpaq eroziyasının səviyyəsinin öyrənilməsi məqsədilə monitorinq işləri aparılıb.
Monitorinq zamanı hündürlüyü 2000 m hüdudlarında olan bu ərazilərdə təbii faktorlar səbəbindən fəal aşınma və deqradasiya proseslərinin getdiyi, bununla yanaşı ekoloji mühiti sağlamlaşdıran ardıc kollarının, “Qıjı” və “Baldırğan” bitkilərinin artımı müşahidə edilib.