Sen 26, 2022 | 12:00
Azərbaycan İlahiyyat İnstitutu (Aİİ), Mənəvi Dəyərlərin Təbligi Fondu (MDTF), Türkiyə Cümhuriyyəti Kırıkkale Universitetinin İslam elmləri fakultəsi və İslam Ölkələri Tədqiqat Mərkəzi ilə birgə 20-21 sentyabr 2022-ci il tarixində Bakı şəhərində “İslam mədəniyyətində birgəyaşayış təcrübəsi” mövzusunda beynəlxalq elmi konfrans təşkil edilib. AMEA-nın Şəki REM-nin elmi katibi E.Abdurahmanov konfransda “Azərbaycanın şimal-şərb bölgəsinin həmdövr abdələrində birgəyaşayışın izləri” adlı məruzə ilə çıxış edib. O çıxışında “Azərbaycan modelini”nin, multikultural dəyərlərin şimal-qərb bölgəsində tarixi abidələr, həyata keçirilən rituallar, müxtəlif formalı və məzmunlu abidələr üzərində əks olunan təsvirlərin fonunda antik və ilk orta əsrlərdən müasir dövrədək mövcud olduğundan bəhs edib.