Şəki REM-də Elmi məqalələrin beynəlxalq standatlara uyğun hazırlanması üzrə təlimlər davam etdirilir
Avg 25, 2022 | 11:00

Biznes mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “Texnologiya və innovasiya” üzrə işçi qrupunun 2022-ci il üçün Fəaliyyət Planında qeyd olunan indikatorlar (6.1.4 Elmi və texniki məqalələr indikatoru) və AMEA-ya tapşırılan bəndlər (1.Elmi məqalələrin beynəlxalq standatlara uyğun hazırlanması üzrə təlimlərin təşkili bəndi) əsasında AMEA-nın Şəki REM-nin baş elmi işçisi, ADPU-nun Şəki filialının “Təbiət fənləri və onların tədrisi texnologiyası kafedrasının” müdiri, pedaqogika  üzrə elmlər doktoru, professor F.N.İbrahimov tərəfindən tərtib edilən təlim proqramına uyğun 16-18 və 23 avqust tarixlərində ŞREM-də çalışan gənc tədqiqatçı və dissertantlara təlimati seminarlar keçirilmişdir.