22 iyul 2022-ci il tarixində Şəki REM-in növbəti Elmi Şura iclası keçirilib
İyl 22, 2022 | 12:00

22 iyul 2022-ci il tarixində Şəki REM-in növbəti Elmi Şura iclası keçirilib. İcilası açan Şəki REM-in direktoru, fiz.ü.f.d.,dosent Y.H.Şükürlü gündəlikdəki məsələlərlə Şura üzvlərini tanış edib. Gündəlik səsə qoyulub və qəbul edilib. Şura iclasında Şəki Regional Elmi Mərkəzin elmi işlər üzrə direktor müavini, biol.ü.f.d. Fərhad Əzizov 2022-ci I yarısının elmi-tədqiqat nəticələrinə dair hesabatı dinlənilib və AMEA – nın rəhbərliyinə təqdim edilməsi qərara alınıb. Sonra, ped.ü.e.d., professor F.N.İbrahimovun təqdimatı ilə Şəki REM-in 50 illik yubileyi münasibətilə çapa hazırlanmış – “Şəki Regional Elmi Mərkəzi: Zəka işığında tarixə çevrilən 50 il (1972-2022 – ci illər)” adlı kitabın tərtibatı və bu istiqamətdə işlərin yekunlaşdırılması məsələsi müzakirə edilib. Daha sonra gündəlikdəki digər məsələlərlə bağlı müzakirələr aparılıb və qərarlar qəbul edilib.