24 iyun 2022-ci il tarixində AMEA-nın Şəki REM-in növbəti Elmi Şura iclası keçirilib
İyn 24, 2022 | 11:00
İyn 24, 2022 | 11:00
24 iyun 2022-ci il tarixində AMEA-nın Şəki REM-in növbəti Elmi Şura iclası keçirilib. İclası açan Şəki REM-in direktoru fiz.ü.f.d., dosent Y.H.Şükürlü gündəlikdəki məsələlərlə Şura üzvlərini tanış edib. Gündəlik səsə qoyulub və qəbul edilib. Gündəlikdəki məsələlər-2022-ci ilin I yarısı üzrə Şəki REM-in hesabatlarının dinlənilməsi, Şəki REM-in 50 illik yubileyi ilə bağlı keçiriləcək beynəlxalq konfransın proqramının təsdiqlənməsi, dahi mütəfəkkir M.F.Axundzadənin 210 illik yubileyinin qeyd edilməsi münasibətilə elmi sessiyanın keçirilməsi və s. məsələlər müzakirə edilərək qərarlar qəbul olunub.