Oğuzun Daşağıl çayı və onun ətraf ərazilərində ekoloji monitorinq aparılıb
Apr 13, 2022 | 01:00

AMEA Şəki Regional Elmi Mərkəzin “Ekoloji coğrafiya” və “Landşaftşünaslıq” şöbələrinin əməkdaşları tərəfindən Oğuz rayonundakı Daşağıl çayı, Muxas və Daşağıl kəndləri ərazilərində ekoloji monitorinq aparılıb.

Monitorinq zamanı Daşağıl çayının gətirmə konusunda gətirmə səviyyəsinin öyrənilməsi üçün işarələmələr və ölçü işləri yerinə yetirilib, torpaq və bitki örtüyü müayinə olunub, eyni zamanda həmin ərazilərin turizm potensialının dəyərləndirilməsi istiqamətində tədqiqat işləri aparılıb.

Günün sonunda monitorinq aparılan ərazilərdən götürülmüş bitki nümunələrinin Elmi Mərkəzin genefond bağında əkini həyata keçirilib.