AMEA Şəki REM-ində “31 Mart Azərbaycanlıların Soyqırımı Günü” ilə əlaqədar tədbir keçirilib
Mart 01, 2022 | 12:00
31 mart 2022- ci il tarixdə AMEA – nın Şəki REM-ində “31 Mart Azərbaycanlıların Soyqırımı Günü” ilə əlaqədar tədbir keçirilib. Tədbir soyqırım qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə başlanıb.
Şəki REM-in direktoru fiz.ü.f.d.,dosent, Y.Şükürlü çıxışında 31 mart azərbaycanlıların soyqırımı gününün qeyd edilməsi, dünya ictimaiyyətinə tanıdılması məqsədilə Azərbaycan Respublikası rəhbərliyinin həyata keçirdiyi tədbirlər, qəbul etdiyi sənədlər və onların mahiyyətindən danışıb.
Şəki REM-in “Folklorşünaslıq və el sənətləri” şöbəsinin rəhbəri İ.Yusifova öz nitqində 31 mart soyqırım hadisələrinin mahiyyəti, daşnak – bolşevik terorunun Azərbaycan qəzalarında geniş vüsət alması haqda bəhs edib.
Şəki REM-in “Landşaftşünaslıq” şöbəsinin rəhbəri geol.m.ü. fəlsəfə doktoru H.Mustafabəyli mart hadisələri zamanı Şəki qəzasında dinc əhalinin müdafiəsi həmçinin, erməni teroruna qarşı mübarizəsi haqda yaşlı nəslin nümayəndələrindən əldə etdiyi məlumatları tədbir iştirakçılarına çatdırıb.
Şəki REM-in “Ekoloji coğrafiya” şöbəsinin rəhbəri Y.Rəhimov 1918 – 1990 – cı il hadisələrinin oxşar xüsusiyyətlərindən bəhs edərək hər iki hadisənin Azərbaycan milli azadlıq hərəkatına xələl gətirmək, onu sasırtmaq məqsədilə törədildiyini qeyd edib. O, vurğulayıb ki, buna baxmayaraq hər iki dövrdə Azərbaycan xalqı mübarizə əzmini daha da gücləndirmiş, azadlıq hərəkatları müstəqil dövlətlərin yaranması ilə nəticələnmişdir.
Tədbirə Şəki REM-in “Tarix irs və etnoqrafiya” şöbəsinin kiçik elmiişçisi R.Mənəfovanın mart hadisələrinə və II vətən müharibəsinə həsr etdiyi şerlərini səsləndirilməsilə yekun vurulub.