18 mart 2022-ci il tarixində AMEA-nın Şəki REM-də növbəti Elmi Şura iclası keçirilib
Mart 18, 2022 | 12:00

Iclası açan Şəki REM-in direktoru, fizika üzrə PhD, dosent Y.H.Şükürlü iclas iştirakçılarını gündəliklə tanış edib. Gündəlik səsə qoyularaq qəbul edilib. Dosent Y.H.Şükürlü gündəlikdəki əsas məsələ - 27 mart “Elm günü” haqqında AMEA Rəyasət Heyətinin 11 mart 2022-ci il tarixli 71 №- li qərarı ilə tanış edib. Qərardan irəli gələn vəzifə və tapşırıqların Şəki REM tərəfindən layiqincə icra edilməsinin vacibliyindən bəhs edib. Şəki REM-in elmi katibi E.Abdurahmanov “Elm günü” ilə əlaqədar Elmi Mərkəz tərəfindən həyata keçirilməsi nəzərdə tutulan tədbirlərdən və onların mahiyyətindən bəhs edib. Sonra “Elm günü” ilə əlaqədar Şəki REM-in elmi və elmi-təşkilati fəaliyyətində fərqlənən əməkdaşların AMEA-nın Rəyasət Heyətinin, elmi bölmələrinin, elmi müəssisə və təşkilatların Fəxri fərmanları, diplom və təşəkkürnamələri ilə təltif edilməsi ilə bağlı məsələ müzakirə edilib. Bir qrup əməkdaşın müvafiq təltiflərlə təqdim edilməsi məqsədilə Akademiya rəhbərliyinə təqdim edilməsi tövsiyyə olunub.