“8 mart Beynəlxalq Qadınlar Günü”
Mart 05, 2022 | 12:00

5 mart 2022-ci il tarixində AMEA-nın Şəki REM-də “8 mart Beynəlxalq Qadınlar Günü” munasibətilə yığıncaq keçirilib. Tədbiri açan Şəki REM-in direktoru, fikiza üzrə PhD, dosent Y.H.Sükürlü mərkəzdə çalışan qadın əməkdaşlara öz səmimi təbriklərini çatdırıb. Dosent Y.H.Şükürlü ölkə rəhbərliyinin yeritdiyi məqsədyönlü siyasət nəticəsində qadınlara xüsusi dəyər verilməsindən, diqqət yetirilməsindən, bir çox yüksək vəzifələrdə qadınların təmsil olunmasından bəhs edib. Eyni zamanda Akademiya sisteminin, həmçinin Şəki REM-nin nailiyyətlərində qadın əməkdaşların mühüm rol oynadığını qeyd edib. Şəki REM-in Həmkarlar Təşkilatının sədri Aqil Mustafayev, elmi katib E.Abdurahmanov və digər əməkdaşlar qadınlara öz təbriklərini və səmimi arzularını çatdırıblar. Tədbirin sonunda Şəki REM-in qadın əməkdaşlarına bayram hədiyyələri təqdim edilib.