"Orta əsr Alban abidələri" mövzusunda seminar
Dek 24, 2021 | 12:00

24 dekabr 2021-ci ildə AMEA-nın Şəki Regional Elmi Mərkəzinin elmi katibi Elşən Abdurahmanovun Şəki Tarix-Diyarşünaslıq Muzeyində  “Orta əsr Alban abidələri” mövzusunda seminarı keçirilib.

AMEA ŞREM-in Tarixi irs və Etnoqrafiya şöbəsi ilə Şəki Tarix-diyarşünaslıq muzeyinin keçirdiyi seminarda Elşən Abdurrəhmanovun çox dəyərli çıxışı oldu. Bölgənin tarixi abidələrindən, xüsusilə Alban abidələrindən, Albanşünaslığın acınacaqlı vəziyyətindən danışıldı. Havanın çox soyuq olmasına və şəhərin bu tarixi hissəsində günlərlə işığın olmamasına baxmayaraq, Muzey işçilərinin və tələbələrin iştirak etdiyi tədbir çox gözəl maarifləndirici tədbir oldu. Həssas sərhəd bölgəsi olan Balakəndə də bu cür elmi, maarifləndirici tədbirlərə daha çox ehtiyac var. Şəkinin elmi mühiti, ziyalı potensialı, görkəmli tarixi şəxsiyyətləri və onların bizə qoyduğu çox dəyərli mənəvi mirası ümüdvericidir.