“Maarifçilik və Şəki ədəbi mühiti” mövzusunda seminar
Dek 16, 2021 | 12:00

16 dekabr 2021-ci ildə AMEA-nın Şəki Regional Elmi Mərkəzinin b.laborantı Mənəfova Reyhan Miqdad qızının Şəki Tarix-Diyarşünaslıq Muzeyində “Maarifçilik və Şəki ədəbi mühiti” mövzusunda seminarı keçirilib. Seminarda maarifçilik ədəbi cərəyanı, Azərbaycanda, o cümlədən, Şəki ədəbi mühitində maarifçilik məsələləri  ətrafında məruzələr söylənilib. Görkəmli Azərbaycan maarifçisi, pedaqoqu, etnoqrafı, Şəki ədəbi məktəbinin nümayəndəsi Rəşid bəy Əfəndiyevin həyat və yaradıcılığı, maarifçilik fəaliyyəti haqqında geniş məlumat verilib. Seminar iştirakçıları tərəfindən məruzəçiyə təqdim edilən suallar cavablandırıldıqdan sonra mövzu ətrafında disskusiya təşkil edilib.