AMEA –nın Şəki REM-də Yubiley tədbiri keçirilib
Dek 08, 2021 | 02:00

AMEA-nın Şəki REM –nin elmi işlər üzrə direktor müavini, biol.üzrə PhD Fərhad Şirin oğlu Əzizovun 75 illiyi münasibətilə tədbir keçirilib. Tədbiri açan Şəki REM-in direktoru  fiz.üzrə PhD, dosent., Y.H.Şükürlü Fərhad Əzizovun  uzun  illər   Şəki REM-də səmərəli elmi  və təşkilati fəaliyyətlə məşğul olduğunu, Şəki REM-in inkişafında  və nailiyyətlərində əvəzsiz pay sahibi kimi fərqləndiyini qeyd edib. Tədbir iştirakçıları tərəfindən  Yubilyara bundan sonrakı fəaliyyətində uğurlarının davamlı olması,sağlıqlı uzun ömür  arzu edilib.

Tədbirin sonunda Fərhad Şirin oğlu Əzizova Elm sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə və anadan olmasının 75 illik  yubileyi münasibətilə FƏXRİ FƏRMAN təqdim olunub.