AMEA-nın Şəki REM-in növbəti elmi şura iclası keçirilib
Noy 22, 2021 | 12:00

22 noyabr 2021-ci il tarixində AMEA-nın Şəki REM-in növbəti elmi şura iclası keçirilib. İclası açan Elmi Mərkəzin direktoru, fiz.ü.f.d.,dos. Y.H.Şükürlü gündəlikdəki məsələlərlə şura üzvilərini tanış edib, gündəlik səsə qoyulub və təsdiq edilib.

     Sonra AMEA-nın ayrı-ayrı şöbələri üzrə hesabatlar dinlənilib, 2021-ci ildə icra edilən məsələlər  müzakirə edilib, müəyyən dəyişik və düzəlişlərdən sonra qəbul edilərək, Elmi Mərkəzin ümumi  hesabatı hazırlanıb və AMEA-nın Yer Elmləri Bölməsinə təqdim edilməsinə qərar verilib.

      Daha sonra gündəlikdəki digər məsələlər üzrə məlumatlar dinlənilib, müzakirə edilərək, müvafiq qərarlar qəbul edilib.