AMEA-nın Şəki Regional Elmi Mərkəzi tərəfindən Qax rayonu ərazisində növbəti monitorinq aparılıb
Okt 27, 2021 | 12:00

AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Landşaftşünaslıq və Ekoloji cografiya şöbələri tərəfindən 2021-ci ilin iş planına uyğun olaraq, Qax rayonunun Kürmükcay, Hamamcay və Sarıbaş ərazilərində növbəti monitorinq aparılıb.

 Monitorinq zamanı tədqiq olunan ərazilərdə təbii və antropogen amillərin təsiri altında aktivləşən eroziya prosesləri, torpaqların deqradasiyası, regionda tez-tez təkrarlanan sel hadisələri nəticəsində cay yataqlarının gətirmə materialları ilə yüklənmə səviyyəsi, eyni zamanda rayonda ekoturizm potensialının öyrənilməsi ilə bağlı müşahidələr və ölçmə işləri aparılıb.