AMEA Şəki REM-in kollektivi Qafqaz Məhəmmədhəsən oğlu Ağabalayev təbrik edir
Okt 25, 2021 | 12:00

AMEA  Şəki Regional Elmi Mərkəzin Ekoloji Coğrafiya şöbəsininin elmi işçisi H.Əliyev adına AMEA Coğrafiya İnstitutunun dissertantı Qafqaz Məhəmmədhəsən oğlu Ağabalayev 22.10.2021-ci il tarixdə H.Əliyev adına AMEA Coğrafiya İnstitutunun müdafiə şurasında “Aqrar islahatlar dövründə Şəki-Zaqatala iqtisadi rayonunun kənd təsərrüfatının ərazi təşkili və optimallaşdırılması yolları” adlı mövzusunda coğrafiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işini müdafiə etmişdir. Qafqaz Ağabalayev mövzu üzrə uğurlu təqdimat etmiş, şura üzvlərinin yekdil səsvermə nəticələrinə uyğun olaraq dissertasiya işi təsdiqlənmiş və bu barədə AAK-ya müraciət edilməsi qərara alınmışdır.

AMEA Şəki REM-in kollektivi adından onu təbrik edir, ona gələcək elmi nailiyyətində uğurlar arzulayırıq.