AMEA- nın Şəki Regional Elmi Mərkəzinin Elmi Şurasının növbəti iclası keçirildi
Okt 19, 2021 | 02:00

19.10.2021 –ci il tarixdə AMEA- nın Şəki Regional Elmi Mərkəzinin Elmi Şurasının növbəti iclası keçirildi. İclası açan Elmi Mərkəzin direktoru fiz.ü.f.d.,dosent Yusif Şükürlü elmi şuranın işinə uğurlar arzu edərək, gündəlikdəki məsələlərlə şura üzvlərini tanış etdi. Gündəlikdə birinci məsələ ilə bağlı elmi islər üzrə direktor müavini, b.ü.f.d. Fərhad Əzizov çıxış edərək AMEA-nın Rəyasət Heyətinin 1 oktyabr 2021-ci il tarixli 17/30 nömrəli qərarı ilə şura üzvlərini tanış etdi. Elmi Mərkəzin müvafiq şöbə rəhbərlərinə, cari ilin hesabatlarının qərarda qeyd edilən “Hesabatların hazırlanması üçün metodik təlimat”a uyğun tərtib etmələri bildirildi.Eyni zamanda 2021-ci ilin illik hesabatlarının şöbələr üzrə dinlənilməsi qrafiki ilə tanış edildilər.  

Şəki REM-in Elmi katibi Elşən  Abdurrahmanov gündəlikdə qoyulan ikinci məsələ üzrə Şəki REM-in dissertantlarının dissertasiya işlərinin yerinə yetirilməsinin mövcud vəziyyəti barədə məlumat verib.Sonra o,”Landşaftşünaslıq” şöbəsində vakant elmi işçi yerinə seçkilərin keçirilməsi ilə bağlı müsabiqə şərtlərini şura üzvlərinin diqqətinə çatdırıb və müvafiq qaydada seçki keçirilib.

Daha sonra “Folklorşünaslıq və el sənətləri” şöbəsinin aparıcı elmi işçisi, fil.ü.f.d. Kamil Adışirinovun “dosent” elmi adı alması üçün AAK-nə vəsatətlə bağlı məsələ müzakirə edilib və təlimata uyğun seçki keçirilərək müvafiq sənədlərin hazırlanması və təqdim olunması qərara alındı.

Sonda gündəlikdəki cari məsələlər üzrə müzakirələlər aparılaraq, müvafiq qərarlar qəbul edilib.