AMEA Şəki REM-in əməkdaşları növbəti folklor ekspedissiyasında olmuşlar
Okt 18, 2021 | 11:00

16 oktyabrda AMEA Şəki REM-in əməkdaşları – “Folklorşünaslıq və el sənətləri” şöbəsinin kiçik elmi işçisi Tural Adışirinov və Mərkəzin Dəftərxana rəhbəri Namiq Abdurrahmanov Şəkinin Baş Şabalıd, Şin kəndlərində folklor ekspedissiyasında olmuşdur. Əməkdaşlar kənd sakinləri ilə görüşlər təşkil etmiş, sorğular aparmışdır. Şin kənd sakinləri Seyran İsmayılova (1930 təv.), Suray Həsənova (1950 təv.), Yamil Həsənovdan (1949 təv.) və Baş Şabalıd kənd sakini Əşrəf Hümmətov (1949 təv.) və. başqalarından   folklor nümunələri, adət-ənənələrlə bağlı maraqlı məlumatlar toplanmışdır.