Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans
Okt 15, 2021 | 12:00
AMEA Şəki REM-in əməkdaşları ADPU Şəki filialı tərəfindən təşkil olunmuş Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş elmi-praktik konfransda iştirak etmişlər
14 oktyabrda ADPU Şəki filialında dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş “Şərq ədəbiyyatı və fəlsəfi fikrinin həmişəyaşar dahisi Nizami” adlı elmi-praktik Konfrans keçirilmişdir.
Elmi-praktik konfransda AMEA Şəki REM-in “Folkorşünaslıq və el sənətləri” şöbəsinin əməkdaşları – aparıcı elmi işçi, filol.ü.f.d Kamil Adışirinov, kiçik elmi işçilər Təranə Abdullayeva və Tural Adışirinov, böyük laborant Günel Musayeva, böyük laborant Nigar Alxasova iştirak etmişlər. Şöbənin aparıcı elmi işçisi, filol.ü.f.d Kamil Adışirinov “Nizami Gəncəvi və Azərbaycan şifahi xalq ədəbiyyatı qaynaqları” mövzusunda məruzə etmişdir.
Həmçinin, ADPU Şəki filialının əməkdaşları – humanitar fənlər kafedrasının müdiri, t.ü.f.d Vüsal Baxışov, kafedranın baş müəllimləri Pakizə Əliyeva, İlahə Süleymanova, Rasimə Əhmədova da maraqlı məruzələrlə çıxış etmişlər. Konfransdakı məruzələrin hər biri maraqla dinlənilmişdir.