“Zoologiyada fundamental və tətbiqi elmi araşdırmalar: Aktual məsələlər, nailiyyətlər və innovasiyalar” elmi – praktik konfrans keçirilib
Okt 06, 2021 | 04:00

Azərbaycan Milli Elmlər Akademiyasının Biologiya və Tibb bölməsi və Zoologiya İnstitutunun təşkilatçılığı ilə 06 oktyabr 2021-ci tarixində saat 11.00-da Zoologiya İnstitutunda “Zoologiyada fundamental və tətbiqi elmi araşdırmalar: Aktual məsələlər, nailiyyətlər və innovasiyalar” elmi – praktik konfransı (AMEA Zoologiya İnstitutunun 85 illiyinə və akademik Musa Musayevin anadan olmasının 100 illik yubileyinə həsr olunur) keçirildi. Konfrans “ZOOM” proqramı üzərindən onlayn  formatda keçirilmişdir.

AMEA –nın Şəki REM-in direktoru fiz.ü.fəlsəfə doktoru, dosent Yusif Şükürlü konfrans iştirakçılarını salamlamış, onlara uğurlar arzulamış, Zoologiya İnstitunda  son illərdə uğurlu tədqiqat işlərinin yerinə yetirildiyini, həmin institutla birgə icra edilən tədqiqatların əhəmiyyətini qeyd etmişdir.

Konfransda Şəki Regional Elmi Mərkəzin “Tut ipəkqurdunun seleksiyası” şöbəsinin elmi işçisi Zərintac Şükürova “ Saturnia pyri və Bombyx mori ipəkqurdu puplarının istehlak etdiyi oksigen həcminin bəslənmə üsulundan asılılığı” adlı məqalə ilə çıxış etmişdir.