AMEA-nın Şəki Regional Elmi Mərkəzinin “Tarixi irs və etnoqrafiya” şöbəsinin əməkdaşları tərəfindən bölgədə yaşayıb-yaratmış şəxslərin tarixi irsinin tədiqi davam etdirirlir
Avg 24, 2021 | 12:00

AMEA-nın Şəki Regional Elmi Mərkəzinin “Tarixi irs və etnoqrafiya”  şöbəsində Azərbaycan Respublikasının şimal-qərb bölgəsinin şəhər və kəndlərində yaşayıb-yaratmış görkəmli elm, ictimai və siyasi xadimlərin, eləcə də tarixi şəxsiyyətlərin həyat və yaradıcılığının araşdırılması istiqamətində elmi-tədqiqat işləri yerinə yetirilir, tarixi və elmi mənbələrdən əldə olunan məlumatlar əsasında konfrans materialları və məqalələr hazırlanıb  müvafiq toplu və  elmi jurnallarda nəşr edilir.

2020-ci ilin aprel ayında Şəki REM-in “Tarixi irs və etnoqrafiya”  şöbəsinin əməkdaşı H.Xəlilov tərəfindən XIX əsrin II yarısı-XX əsrin əvvəlləri təsəvvüf nümayəndələrindən və ictimai xadimlərindən biri olan, Qax rayonu Malax kəndində yaşayıb-yaradan Hacı Mustafa Əfəndi əl-Malaxiyə məxsus əlyazmalar tədqiqata cəlb edilmiş, əldə edilən nümunələr əsasında məqalə hazırlanaraq, 2 avqust 2021-ci ildə Bakı şəhərində onlayn formatda təşkil edilən “Çağdaş Azərbaycanda elm və təhsilin prioritet istiqamətləri” adlı Respublika konfransında “Ədəbi nümunələrdə təsəvvüf həyatının izləri” adlı məruzə təqdim edilmiş və məqalə çap olunmuşdur.

Bölgənin tanınmış və nüfuzlu ictimai xadimi Hacı Mustafa Əfəndi əl-Malaxiyə (1919-cu ildə Qax rayonunun Malax kəndində vəfat edib) məxsus çoxsaylı əlyazmaların bərpası və tədqiqat işinin davam etdirilməsi zərurəti yarandığından Şəki REM-in rəhbərliyi tərəfindən AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun “Əlyazmaların  gigiyena və bərpası” laboratoriyasının müdiri Zaur Orucovun qeyd olunduğu istiqamətdə, Şəki REM-in əməkdaşları ilə birgə, tədqiqat işlərinin yerinə yetirilməsi, əsərlərin kataloqlaşdırılması məqsədilə bölgəyə ezam olunması üçün müraciət edilmişdir.

2021-ci ilin avqustunda bu istiqamətdə tədqiqat işləri davam etdirilmiş, AMEA-nın Şəki Regional Elmi Mərkəzi və AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşlığı nəticəsində Mərkəzin “Tarixi irs və etnoqrafiya”  şöbəsinin elmi işçisi, fəlsəfə üzrə PhD Ə.Sultanov və Əlyazmalar İnstitutunun Əlyazmaların gigiyena və bərpası laboratoriyasının müdiri Z.Orucov Qax rayonu Aşağı Malax kəndində, Hacı Mustafa Əfəndi əl-Malaxiyə məxsus əlyazma, daş basma və s. əsərlərın tədqiqi, bərpası və kataloqlaşdırılması işi icra edilmişdir. Yaxın günlərdə tədiqatlar yekunlaşaqdır.