AMEA-nın Şəki REM-in Akt zalında müsəlman aləminin müqəddəs bayramlarından biri olan “Qurban bayramı” münasibətilə tədbir keçirilmişdir
İyl 16, 2021 | 12:40
16 iyul 2021-ci il tarixində AMEA-nın Şəki REM-in Akt zalında müsəlman aləminin müqəddəs bayramlarından biri olan “Qurban bayramı” münasibətilə tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə açan Şəki REM-in direktoru, fiz.ü.f.d. ,dosent Y.H.Şükürlü əməkdaşları bayram münasibətilə təbrik etdi. “Landşaftşünaslıq” şöbəsinin rəhbəri g.m.ü.f.d H.Mustafabəyli “Qurban bayramı”nın sosial və dini mahiyyətindən danışaraq, müstəqil Azərbaycan Respublikasında bu istiqamətdə aparılan ardıcıl siyasətin mahiyyətindən, mövcud tolerant və multikultural mühitdən bəhs etdi.
“Tut İpəkqurdu seleksiyası” şöbəsinin rəhbəri b.ü.f.d., dosent Q.Bəkirov ,”Bitkilərin biokimyası” şöbəsinin rəhbəri bio.ü.f.d., dosent Z.Xəlilov, “Bitkilərin biomüxtəlifliyi və Genefond” şöbəsinin və Mərkəzin Həmkarlar Təşkilatının rəhbəri C.Məmmədov, “Ekoloji Biofizika” şöbəsinin rəhbəri Y.Bəkirova çıxış edərək təbriklərə qoşuldular və səmimi arzularını ifadə etdilər