AMEA Şəki REM-in əməkdaşı Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 103-cü ildönümünə həsr olunmuş konfransda iştirak edib
May 26, 2021 | 06:12

Azərbaycan Dövlət Pedoqoji Universitetinin Şəki filialının təşkilatçılığı ilə 26 may 2021-ci il tarixdə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 103-cü ildönümünə həsr olunmuş “28 May – Milli İstiqlal Tariximizin Şanlı Səhifəsi” mövzusunda onlay elmi-nəzəri konfrans keçirilmişdir. Konfransda AMEA Şəki REM-in baş elmi işçisi, ADPU Şəki filialının Təbiət  fənləri və onların tədrisi metodikası kafedrasının müdiri, pedoqoji elmlər doktoru,əməkdar müəllim  Firədun İbrahimov “ Azərbaycan Xalq Cümhuriyyəti dövlətçilik tariximizin qürurverici səhifəsidir” mövzusunda məruzə etmişdir.  Məruzə diqqətlə dinlənilmiş, məruzə ətrafında verilən suallar cavablandırılmışdır.