AMEA Şəki REM-də “Nizami ili” ilə bağlı tədbirlər davam edir
May 04, 2021 | 11:00
AMEA Şəki REM-də “Nizami ili” ilə bağlı tədbirlər davam edir
4 may 2021-ci il trixində Şəki REM-də “Nizami ili” ilə bağlı tədbirlər planı çərçivəsində növbəti elmi seminar keçirilmişdir. Mövcud pandemiya şəraiti ilə əlaqədar Zoom platforması üzərindən reallaşan seminarda Şəki REM-in baş elmi işçisi, pedaqoji elmlər doktoru, professor Firədun İbrahimov “Nizami Gəncəvinin pedaqoji görüşləri” adlı məruzə etmişdir. Prof. F.İbrahimov məruzədə dahi şairin öz zəmanəsinin bütün elmlərinə vaqif olmasından, yaşadığı dövrdən səkkiz əsr keçməsinə baxmayaraq, əsərlərindəki ideyaların aktuallığını itirmədiyindən, şairin pedaqoji görüşlərinin müasir pedaqogika elminin təməl prinsipləri ilə səsləşdiyindən və s. söz açdı. Fikirlərini Nizami Gəncəvinin əsərlərindən gətirilmə nümunələrlə əsaslandırdı. Daha sonra seminar iştirakçılarının məruzə ətrafında çıxışları dinləndi, sualları cavablandırıldı. ŞREM-də il ərzində bu qəbildən olan daha bir neçə tədbirin reallaşması gözlənilir.