AMEA Şəki Regional Elmi Mərkəzinin "Folklorşünaslıq və el sənətləri" şöbəsinin kiçik elmi işçisi Tural Adışirinov “Ədəbiyyatda Qarabağ mövzusu” adlı Respublika elmi konfransda iştirak etmişdir
May 03, 2021 | 11:00

Aprelin 24-də Qərbi Kaspi Universitetinin “Azərbaycan dili və ədəbiyyatı” kafedrasının təşkilatçılığı ilə “Ədəbiyyatda Qarabağ mövzusu” adlı Respublika elmi konfransı keçirilmişdir. Konfransda AMEA Şəki Regional Elmi Mərkəzinin "Folklorşünaslıq və el sənətləri" şöbəsinin kiçik elmi işçisi Tural Adışirinov "İkinci Qarabağ müharibəsindən sonra ədəbiyyatda Qarabağ mövzusu" adlı məruzəylə çıxış etmişdir. Məruzə maraqla qarşılanmış, əməkdaşımız sertifikatla təltif olunmuş, məruzənin mətni konfrans materiallarına daxil edilmişdir.