28 aprel 2021-ci ildə AMEA-nın Şəki REM-nin növbəti Elmi Şura iclası keçirilmişdir
Apr 28, 2021 | 11:00

Aprelin 28-də AMEA-nın Şəki REM-nin növbəti Elmi Şura iclası keçirilib. İclası giriş sözü ilə açan Elmi Mərkəzin direktoru fiz.ü.f.d., dosent Yusif Şükürlü gündəliklə iclas iştirakçılarını tanış edib. Sonra Mərkəzin elmi işlər üzrə direktor müavini, biol.ü.f.d. Fərhad Əzizov, ped.ü.e.d., prof. Firədun İbrahimov, Elmi katib Elşən Abdurahmanov və başqaları gündəlikdə qoyulan məsələlər ətrafında çıxışlar ediblər. Daha sonra gündəlikdəki məsələlər müzakirə olunaraq, müvafiq qərarlar qəbul edilib.