AMEA-nın Şə­ki REM-də​ Zoom platforması üzərindən "Nizami ili" ilə bağlı tədbirlər planı çərçivəsində elmi seminar keçirilmişdir
Apr 10, 2021 | 11:00
10 aprel 2021-ci il tarixində AMEA-nın Şə­ki REM-də Zoom platforması üzərindən "Nizami ili" ilə bağlı tədbirlər planı çərçivəsində elmi seminar keçirilmişdir. Seminarın giriş sözü ilə açan AMEA Şəki REM-in "Folklorşünaslıq və el sənətləri" şöbəsinin rəhbəri Pakizə Əliyeva Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Azərbaycan Respublikasında "Nizami ili" elan olunması ilə bağlı 5 yanvar 2021-cı il tarixli sərəncamı və AMEA Rəyasət Heyətinin müvafiq qərarına uyğun olaraq ŞREM-də görülən işlər barədə məlumat verdi. Seminarda Tarixi İrs və etnoqrafiya" şöbəsinin elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru Ələddin Sultanov
"Nizami Gəncəvinin "Yeddi gözəl" poemasında dini motivlər" adlı məruzə ilə çıxış etdi. Zəngin faktlar əsasında qurulmuş nitq iştirakçılar tərəfindən maraqla qarşılandı.
Daha sonra məruzə ətrafında çıxışlar dinləndi və müzakirələr aparıldı.
"Tarixi irs və Etnoqrafiya" şöbəsini rəhbəri Rahim Həsənov və elmi işçisi tarix üzrə fəlsəfə doktoru Akif Məmmədli, "Folklorşünaslıq və el sənətləri" şöbəsinin rəhbəri Pakizə Əliyeva müxtəlif suallarla məruzəçiyə müraciət etdilər. Çıxışçılar maraqlı məruzəyə görə təşəkkür etdilər. Bundan sonra da ŞREM-də elmi seminarların və digər tədbirlərin davamlı olaraq həyata keçirilməsinin faydası dilə gətirildi.