ÀMEA Şəki REM-nin Folklorşünaslıq və el sənətləri şöbəsinin əməkdaşları IV Beynəlxalq Novruz Elmi Araşdırmalar Konfransında iştirak etmişlər
Apr 01, 2021 | 01:00

ÀMEA Şəki REM-nin Folklorşünaslıq və el sənətləri şöbəsinin əməkdaşları və Şəki REM-nin elmi katibi Elşən Abdurahmanov 18-21 mart 2021-ci il tarixlərində İKSAD və AMEA Folklor İnstitutunun birgə təşkilatçılığı ilə reallaşan IV Beynəlxalq Novruz Elmi Araşdırmalar Konfransında iştirak etmişlər. Şöbənin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Ulduz Mürşüdova konfransda "Azərbaycan və Şimali Amerika xalqlarında yeni ilin qeyd olunması", şöbə rəhbəri Pakizə Əliyeva "Balakən-Şəki bölgəsinə aid folklor örnəklərində xalq geyim mədəniyyətinin əksi" və elmi katib Elşən Abdurahmanov “Xalq düşüncə tərzində itə münasibətə tarixi baxış” (tarixi-mifoloji araşdırma) adlı məruzə ilə çıxış etmişlər. Əməkdaşlarımızın məruzələri maraqla qarşılanmış və sertifikatla təltif olunmuşlar. Onları bu münasibətə təbrik edir, gələcək tədqiqatlarında uğurlar diləyirik.