AMEA-nın Şəki REM-də Dünya Azərbaycanlılarının 31 mart - tarixi yaddaşımızdan silinməyən soyqırımı günü ilə əlaqədar tədbir keçirilmışdir
Mart 31, 2021 | 11:00

Tədbiri  açan AMEA Şəki REM-in direktoru  fiz.ü. f.d, dosent  Y.H.Şükürlü tarixən azərbaycanlılara qarşı ermənilərin törətdikləri  qanlı hadisələrin, təcavüzkar siyasətin mahiyyətindən bəhs etdi.  44 günlük Vətən müharibəsi nəticəsində qazanılan qələbənin torpaqlarımızın işğaldan azad edilməsi ilə yanaşı,  xalqımıza qarşı tarixən  yeridilən ədalətsiz siyasətə lazımi cavab xarakteri daşıdığını qeyd etdi.

AMEA-nın Şəki  REM-nin “Tarixi  İrs və Etnoqrafiya” şöbəsinin rəhbəri  Rahim Həsənov “31 mart soyqırımına yol açan hadisələr və soyqırım siyasətinin mahiyyəti” adlı məruzəsində Çar Rusiyası dövründə yeridilən etnik siyasətin xarakteri, erməni himayəçiliyi, 1917-ci il inqilabından sonra Cənubi Qafqazda cərəyan edən hadisələr haqda məlumat verdi. Soyqırım siyasətinin Şimali Azərbaycanla yanaşı, Cənubi Azərbaycanda da davam etdirildiyini qeyd etdi.  Bu mənfur siyasətin davamı  olaraq Şimal-qərbi Azərbaycanda etnik və dini pərakəndəlik salmaqla  soyqırım siyasətinin həyata keçirilməsinə təşəbbüs edildiyini, lakin bu siyasətin iflasa uğradığını tarixi faktlar əsasında tədbir iştirakçılarının diqqətinə çatdırdı.

Tədbirin sonunda soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla  yad edildi.