26 fevral 2021-ci il tarixində AMEA-nın Şəki Rem-də Xocalı faciəsinin 29-cu ildönümü ilə bağlı anım mərasimi keçirilmişdir
Fev 26, 2021 | 05:00
Tədbiri giriş sözü ilə açan Şəki REM-in direktoru f.ü.f.d, dosent Y.Şükürlü erməni vandallarının silsilə xarakterli qətliamlarının davamı olan Xocalı faciəsinin mahiyyəti haqqında məlumat verdi. 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımızın azad edilməsini şəhidlərimizin, o cümlədən Xocalı faciəsi qurbanlarının ruhlarına ehtiram kimi qiymətləndirdi.
AMEA Şəki REM-in elmi katibi E. Abdurrahmanov çıxış edərək ermənilərin tarixi Azərbaycan torpaqlarında məskunlaşdırılması, erməni qəsbkarlarının Azərbaycan xalqına qarşı həyata keçirdikləri soyqırım siyasəti, Xocalı faciəsinin tarixi haqda tədbir iştirakçıları ilə öz fikirlərini bölüşdü. Sonda faciə qurbanlarının ruhlarına dualar edildi və onların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.