AMEA-nın Şəki Regional Elmi Mərkəzi və H. Əliyev adına Coğrafiya İnstitutunun mütəxəssisləri birlikdə regionun turizm potensialını tədqiq ediblər
Sen 11, 2020 | 11:00

AMEA-nın H. Əliyev adına Coğrafiya İnstitutu ilə Şəki Regional Elmi Mərkəzi birgə əməkdaşlıq müqaviləsi çərçivəsində Respublikanın Şimal-Qərb regionunda monitorinqlər həyata keçiriblər. Coğrafiya İnstitunun “Turizm və rekreasiya” şöbəsinin müdiri Zaur İmraninin və ŞREM-in “Ekoloji coğrafiya” şöbəsinin rəhbəri Yusif Rəhimovun iştirakı ilə aparılan monitorinqlər zamanı regionun əhatə dairəsində olan rayonların turizm potensialı və yeni rekreasiya imkanları tədqiq edilərək, öyrənilmişdir.