AMEA Şəki Regional Elmi Mərkəzinin “Ekoloji coğrafiya” şöbəsi tərəfindən mövsümi monitorinqlər aparılıb
Avg 20, 2020 | 12:00

AMEA Şəki Regional Elmi Mərkəzinin “Ekoloji coğrafiya” şöbəsində AMEA-nın təsdiq etdiyi, Azərbaycan Respublikasında 2020-2024-cü illər ərzində aparılacaq elmi-tədqiqat işlərinin “Təbii fəlakətlərin və texnogen sferadakı baş verə  biləcək təhlükələrin proqnozlaşdırılması və operativ  məlumatlandırılması” prioritet istiqamətlərinə uyğun olaraq, “Azərbaycanın Şimal-Qərb bölgəsinin sel təhlükəli ərazilərində ekoloj vəziyyətin tədqiqi və proqnozlaşdırılması” mövzusu üzrə elmi araşdırmalar aparılır.

Bu məqsədlə 2020-ci ilin yanvar, mart və avqust aylarında Şəki rayonu, Kiş çayının Qaynar və Damarçın qollarında, Balakən rayonunun Mazım, Balakən və Silban çaylarında monitorinqlər təşkil edilib.

“Ekoloji coğrafiya” şöbəsi öz işində əsasən sellərin öyrənilməsi, onlara qarşı mübarizəsinin fiziki-coğrafi istiqamətlərinin geniş işıqlandırılması və eləcə də bu problemin mühəndis həllinin mümkün qədər yeni aspektlərdə işlənilməsi istiqamətində elmi-tədqiqat işlərini davam etdirir.

Son 5 il ərzində şöbənin əməkdaşları 11 Beynəlxalq Elmi Konfransda, 7 Respublika Elmi-Praktik Konfransında iştirak etmiş, xarici mətbuatda 3, respublika mətbuatında 26 elmi məqalə çap edilmişdir.