Mart 06, 2020 | 11:00
İclası giriş sözüilə ŞREM-in direktoru, f.ü.PhD Yusif Şükürlü açaraq, gündəlikdə duran məsələlər barədə məlumat verdi.
İclasda 2020-2024-cü illərdə yeni prioritet istiqamətlərdə şöbələrin tədqiqat proqramlarının qəbul edilməsi haqqında şöbə rəhbərlərinin təqdimatı dinlənildi və elmi şura tərəfindən təsdiq edildi.
Növbəti məsələ haqqında ŞREM-in elmi işlər üzrə direktor müavini. b.ü. PhD Fərhad Əzizov çıxış edərək 2020-2025-ci illər üzrə AMEA-nın İnkişaf proqramından irəli gələn prioritet istiqamətlərlə bağlı Şəki REM-in 2020-2024-cü illər üçün inkişaf konsepsiyası və “Tədbirlər planı”nın müzakirəsinə geniş yer ayıraraq ətraflı məlumat verdi və qərara alındı ki, hazırlanmış inkişaf konsepsiyası və tədbirlər planı təkliflərlə birlikdə AMEA İşlər İdarəsi rəhbərliyinə göndərilməsi qərara alındı.
Gündəlikdə duran üçüncü məsələ “Elm günü”ilə bağlı ADPU-nun Şəki filialında seminarın keçirilməsində təşkilati məsələlərin yerinə yetirilməsi üçün təşkilat komitəsinin yaradılması haqqında ŞREM-in elmi katibi, r.ü. PhD Vüqar Abdurahmanov çıxış etdi. Qərara alındı ki, elmi işlər üzrə direktor müavini, b.ü.PhD Fərhad Əzizovun sədrliyi ilə təşkilat komitəsi yaradılsın.
Daha sonra Folklor və el sənətləri şöbəsinin rəhbəri Pakizə Zakirova çıxış edərək, AMEA Əlyazmalar İnstitutu ilə birgə Əbdülqəni əfəndi Nuxəvi Xalisəqarızadənin 200 illik yubileyi münasibətilə Şəkidə elmi-praktik konfransın təşkil olunması ilə bağlı məsələlərə aydınlıq gətirdi. Qərara alındı ki, ümumi işlər üzrə direktor müavini Rəhim Abdurəhmanovun sədrliyilə təşkilat komitəsi yaradılsın və cari məsələlərin həlli təmin edilsin.