ŞREM- də 20 Yanvar faciəsinin 30-cu ildönümünə hərs olunmuş tədbir keçirilmişdir.
Yan 17, 2020 | 11:22

17 Yanvar 2020-ci il tarixdə 20 Yanvar hadisəsinin 30-cu ildönümünə həsr olunmuş tədbiri AMEA Şəki Regional Elmi Mərkəzin direktoru, fizika üzrə fəlsəfə doktoru, dosent Yusif Şükürlü açdı və “20 Yanvar xalqımızın qəhrəmanlıq tarixində yeni səhifədir” mövzusunda məruzə etdi. Məruzəçi 20 Yanvar hadisəsinin baş verməsinin səbəblərinə tədbir iştiraçılarının diqqətini çəkərək, Ulu Öndər Heydər Əliyevin 20 Yanvar faciəsinə hüquqi-siyasi qiymət verilməsi ilə bağlı nümayiş etdirdiyi siyasi iradəyə xüsusi dəyər vermişdir. Dosent Y.Şükürlü 20 Yanvarla bağlı bütün sualları cavablandıran elmi-tarixi tədqiqatların əhəmiyyətinə münasibət bildirdi və bu barədə akademik R.Ə.Mehdiyevin “Azərbaycanlılara qarşı soyqırım gerçəklikləri” əsərinin ilk sanballı elmi-analitik araşdırma olduğunu söylədi və əlavə etdi ki, əsərin bu vaxtadək 20 Yanvar barədə yazılanlardan ən mühüm fərqi ondadır ki, müəllif ilk dəfə olaraq 20 Yanvar hadisələrini dərin tarixi-elmi planda və ümumdünya tarixi kontekstində qələmə almışdır. Akademik Ramiz Mehdiyev 1990-cı ilin yanvarında Bakıda törədilmiş qanlı faciənin tarixi və sosial-siyasi köklərini araşdırıb üzə çıxarmış, ona çox geniş məkanda və uzun zaman kəsiyində nəzər salmış, bu istiqamətdə vacib və əhəmiyyətli ümumiləşdirmələr aparmışdır. Çünki bu mənbə, 20 Yanvar faciəsi ilə əlaqədar olan hadisələri, prosesləri elmi nöqteyi-nəzərdən qiymətləndirməyə imkan verir.

      20 Yanvar hadisədinə həsr olunmuş tədbirdə “Tarixi irs və etnoqrafiya” şöbəsinin müdiri, tarixçi- doktorant Rahim Həsənov, həmin şöbənin əməkdaşı, doktorant Elçin Vəliyev maraq doğuran elmi mülahizələrini tədbir iştirakçıları ilə bölüşdülər.