
15 noyabr 2019-cu il tarixdə AMEA Şəki Regional Elmi Mərkəzdə elmi seminar keçirilmişdir. Seminarda AMEA Şəki Regional Elmi Mərkəzin direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Yusif Şükürlü Bombyx mori L cinsinin fibroininin supromolekulyar quruluşuna və termiki xarakterlərinə seleniumun təsiri mövzusu üzrə məruzə etmişdir
Noy 15, 2019 | 01:21
Noy 15, 2019 | 01:21
Məruzədə ipək sapının fiziki-mexaniki xüsusiyyətlərinə müsbət təsir edən amillərdən, xüsusən də Se elementi təsirindən fibroinin strukturunda baş verən müsbət dəyişikliklərdən və onların baş vermə mexanizminin izahına dair məlumatlar əsas yer tutmuşdur.
Məruzəçi əldə olunan nəticənin tətbiqinin gələcəkdə ipəkçilikdə yeni istiqamətlərin perspektivliyindən danışmış və dünya təcrübəsində bu sahənin aktuallığını qeyd etmiş bu sahədə Şəki REM-in mütəxəssislərinin əldə etdikləri yeniliyin əhəmiyyətliliyini qeyd etmişdir.
Məruzəçi sonda iştirakçıların suallarını cavablandırmış və təkliflərin nəzərə alınacağını bildirmişdir.
AMEA Şəki REM-in
İctimai əlaqələr şöbəsinin rəhbəri
professor: F.İbrahimov