
Noy 07, 2019 | 03:27
AMEA Botanika İnstitutunun əməkdaşları – sector müdiri İbrahimova Aidə, aparıcı elmı işçi Zeynalova Sevil, elmı işçi Abdullayeva Ayna, aparıcı elmı işçi Abdıyeva Rəna, kiçik elmi işçi Nigar Mürsəl, şöbə müdiri Əsədova Kəmalə, laboratoriya müdiri Mehdiyeva Naibə İnstitutun rəhbəri akademik Validə Əlizadənin tapşırığı ilə 06 noyabr 2019-cu il tarixdə AMEA Şəki Regional Elmi Mərkəzdə olmuşdular.
AMEA Botanika İnstitutunun elmi əməkdaşlarının gəlişinin qayəsi ŞREM-də elmi əlaqələri gücləndirmək, regionun bitki biomüxtəlifliyinin öyrənilməsi və davamlı istifadəsinin təmin edilməsi,əldə olunmuş nəticələrdən birgə istifadə etməklə bitki ehtiyatlarının qiymətləndirilməsi üçün bio araşdırilma işlərinin təşkilindən ibarətdir.
Botanika İnstitutunun elmi əməkdaşları AMEA ŞREM tərəfindən uzun illərdən bəri mühafizə edilən Şəki rayon Baş Şabalıd kəndi ərazisində yerləşən təbii biogesenozda olmuş və ilkin tədqiqatlar aparmışdılar.