
Noy 06, 2019 | 11:14
Azərbaycan Milli Elmlər Akademiyasının Şəki Regional Elmi Mərkəzi, ADPU-nun Şəki filialı və ŞREM-in Gənc alim və mütəxəssislər şurası ilə birlikdə 25 noyabr 2019-cu il tarixində Şəki rayonun ümumtəhsil məktəblərinin VIII-XI sinif şagirdləri arasında “Mən İmadəddin Nəsimi haqqında nə bilirəm?” adlı esse müsabiqəsi keçirir.
Müsabiqə gənclərin dünyagörüşünün inkişaf etdirilməsi, gənclər arasında Nəsimi yaradıcılığı, ədəbiyyatımız, milli-mənəvi dəyərlərimiz, eləcə də elmə marağın artırılması məqsədilə keçirilir.
Müsabiqəyə təqdim olunacaq esselərin mövzuları:
- Nəsimi lirikasında insan;
- Nəsiminin qəzəl yaradıcılığı;
- Nəsimi yaradıcılığında əruz vəznindən istifadə məsələləri;
- Hürufizmin Nəsimi yaradıcılığında əksi;
- Nəsimi yaradıcılığında folklor ünsürləri;
- Nəsimi yaradıcılığı və milli-mənəvi dəyərlərimiz.
Müsabiqəyə qatılma şərtləri:
- Müsabiqədə Şəki rayonun ümumtəhsil məktəblərinin VIII-XI sinif şagirdləri iştirak edə bilər;
- Hər bir müəllif yalnız bir mövzuda esse yazısı ilə müsabiqəyə qatıla bilər;
- Esselərin maksimum həcmi 2000 sözdən çox olmamalıdır;
- Esselər Azərbaycan dilində yazılmalıdır;
- Müsabiqədə iştirak etmək istəyən şagirdlərin adı, soyadı, atasının adı, təmsil etdiyi sinif və məktəbin dəqiq adı, eləcə də əlaqə telefonu göstərilməklə 20 noyabr 2019-cu il tarixinədək musabiqa.srem@mail.ru elektron poçt ünvanına göndərilməklə qeydiyyatdan keçmələri tələb olunur.
Müsabiqənin keçiriləcəyi tarix və ünvan: 25 noyabr 2019-cu il, ADPU-nun Şəki filialı (yazı üçün şagirdlərə 80 dəqiqə vaxt verilir)
Esselər bu sahədə yetərincə təcrübəsi olan münsiflər heyəti tərəfindən yazı müsabiqəsinin keçirildiyi tarixindən sonra, 5 gün müddətində dəyərləndiriləcək. Orijinal və yazı qaydalarına düzgün riayət olunaraq tərtib olunmuş nümunələr seçildikdən sonra 1-ci yer (1 nəfər), 2-ci yer (2 nəfər), 3-cü yer (2 nəfər) və həvəsləndirici (3 nəfər) olmaqla mükafatlandırılacaq.
Müsabiqə ilə bağlı suallarla Təşkilat Komitəsinə müraciət edə bilərsiniz.
Əlaqə telefonu: 050 609 32 03