18 oktyabr 2019-cu il tarixdə AMEA Şəki Regional Elmi Mərkəzdə “Azərbaycanın Dövlət Müstəqilliyi haqqında Konstitusiya Akt”nın qəbulunun ildönümünə həsr olunmuş tədbir keçirilmişdir
Okt 18, 2019 | 01:47

18 oktyabr 2019-cu il tarixdə AMEA Şəki Regional Elmi Mərkəzdə “Azərbaycanın Dövlət Müstəqilliyi haqqında Konstitusiya Akt”nın qəbulunun ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbir Azərbaycan Respublikasının himninin səsləndirilməsi ilə başlamışdır. İştirakçılara Azərbaycanın müstəqilliyinin yenidən bərpası ilə bağlı hazırlanmış video-çarx təqdim olunmuşdur.
ŞREM-in direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Yusif Şükürlü Azərbaycanın müstəqilliyinin bərpası və onun qorunması ilə bağlı baş verən hadisə və tədbirlər barədə “Giriş” sözü söyləmişdir.
Pedaqoji elmlər doktoru, professor Firədun İbrahimov “Milli müstəqilliyimiz- mənəvi gücümüzdür” mövzusunda məruzə ilə tədbirə davam vermişdir.
Tədbirdə çıxış edən natiqlər geologiya-mineralogiya üzrə fəlsəfə doktoru H.L.Mustafabəyli, elmi işlər üzrə direktor müavini F.Ş.Əzizov, ümumi işlər üzrə direktor müavini R.H.Abdurahmanov, Həmkarlar Təşkilatının sədri C.İ.Məmmədov, Ekoloji coğrafiya şöbəsinin müdiri Y.R.Rəhimov, biologiya üzrə fəlsəfə doktoru Z.M.Xəlilov və başqaları Azərbaycanın müstəqilliyinin qorunmasında Milli lider Heydər Əliyevin xidmətlərinə yüksək dəyər vermiş və ölkə Prezidenti İlham Əliyevin apardığı dövlətçilik siyasətinin müstəqilliyimizin dönməzliyinə və əbədiliyinə yönəldiyini bildirmiş, bu müqəddəs siyasətin reallaşdırılması uğrunda mücadiləsində Prezidentin yanında olacaqlarını vurğulamışlar.
Tədbirə ŞREM-in direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Yusif Şükürlü yekun vurmuşdur.