Okt 04, 2019 | 05:09
AMEA Şəki Regional Elmi Mərkəzin növbəti Elmı Şura yığıncağı keçirilmişdir. Yığincaqda ŞREM-in elmi işlər üzrə direktor müavini, fəlsəfə doktoru Fərhad Əzizov “2020-2025-ci illərdə ŞREM-in elmi tədqiqat işlərinin AMEA-nın təsdiq etdiyi proritet istiqaqmətlərə və ümumi yığıncağın qərarına əsasən aparılması” barədə çıxış etmışdir.
ŞREM-in elmi katibi, fəlsəfə doktoru Vuqar Abdurahmanov “ ŞREM-in şöbələrinin 2019-cu il üçün illik hesabat qrafiki” nin layihəsini müzakirəyə təqdim etmişdir. Sonra “ Folklorşünaslıq və el sənətləri” şöbəsinin rəhbəri, doktorant Pakizə Zakirova “Nəsimi ili ilə bağlı Zaqatalada keçiriləcək elmi praktik konfransın” gündəliyini Layihə şəklində yığıncaqda müzakirəyə vermişdir.
Daha sonra ŞREM-in direktoru, fizika üzrə fəlsəfə doktoru ,dosent Yusif Şükürlü “ Molekulyar biofizika şöbəsinin” adının dəyişdirilməsi barədə fikirlərini arqumentləşdirdi.Yığıncaqda dissertant Leyla Nuriyeva Elmi Şura qarşısında hesabat vermişdir.
Hər bir məsələ ilə bağlı geniş müzakirələr aparılmış və müvafiq qərarlar qəbul olunmuşdur. Elmi Şurada bir sıra cari məsələlərədə baxılmışdır.