
9-10-11 sentyabr tarixlərində “Təsəvvüf Araşdırmaları Beynəlxalq Simpoziumu: Nəsimi-650” keçirilmişdir
Sen 12, 2019 | 04:54
Sen 12, 2019 | 04:54
Azərbaycan Respublikası Təhsil Cəmiyyəti, Azərbaycan Universiteti və Türkiyə Cümhuriyyəti Nevşehir Universitetinin təşkilatçılığı ilə Hacı Bektaş Veli Universitetində 9-10-11 sentyabr tarixlərində “Təsəvvüf Araşdırmaları Beynəlxalq Simpoziumu: Nəsimi-650” keçirilmişdir.
Simpoziumda AMEA Şəki Regional Elmi Mərkəzin əməkdaşı Reyhan Mənəfova “Şimal-Qərbi Azərbaycanın epiqrafik abidələri üzərində epitafiyalar” mövzusunda məruzə etmişdir. Məruzə simpozium iştirakçılarının marağına səbəb olduğundan maraqla dinlənilmiş və onun ətrafında diskusiyalar aparılmışdır.