09 sentyabr 2019-cu il tarixdə AMEA Şəki Regional Elmi Mərkəzdə AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu ilə Elmi Mərkəz arasında 2019-cu ildə bağlanmış birgə əməkdaşlığa dair müqailəyə əsasən görüləcək prioritet istiqamətlər üzrə işlərin müzakirəsi aparılmışdır.
Sen 09, 2019 | 04:00

Müzakirələrdə AMEA  Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunu elmi işlər üzrə direktor müavini, biologiya üzrə fəlsəfə doktoru, dosent Ələmdar Məmmədov və aparıcı elmi işçi, dosent Nurməmməd Mustafayev, Şəki Regional Elmi Mərkəzin direktoru, fizika üzrə fəlsəfə doktoru, dosent Yusif Şükürlü, Mərkəzin elmi işlər üzrə direktor müavini, biologiya üzrə fəlsəfə doktoru Fərhad Əzizov və aidiyyəti üzrə şöbə rəhbərləri biologiya üzrə fəlsəfə doktoru, dosent Qüdürət Bəkirov, biologiya üzrə fəlsəfə doktoru, dosent Zərbalı Xəlilov təmsil etmişdir.

Müzakirələrdə aşağıda qeyd olunan sahələr üzrə birgə tədqiqatların aparılması razılaşdırılmışdır:

  1. Elmi Mərkəzdə ilk dəfə olaraq tədqiqinə başlanmış palıd ipək qurdunun molekulyar genetik analizinin aparılması və pasportlaşdırılması;
  2. Elmi Mərkəzdə tut ipək qurdunun genefondla olan 19 cins və hibridin molekulyar genetik analizi və pasportlaşdırılması;
  3. Fındıq qabığından əldə olunmuş bioekstraktın bioloji fəal maddələrin tədqiqi və identifikasiyası;
  4. Amarant bitkisindən alınmış yağın antioksidant xüsusiyyətlərinin və təsiredici maddəsi olan skvalenin tədqiqi.

Tərəflər müqavilə öhdəliklərindən irəli gələn digər istiqamətlər üzrə də gələcəkdə birgə əməkdaşlığın davamlılığının ümumi işin xeyrinə olacağına ümidli olduqlarını bildirmişlər.