03 sentyabr 2019-cu il tarixdə AMEA Şəki Regional Elmi Mərkəzdə “Nəsimi ili” ilə bağlı Tədbirlər Planında nəzərdə tutulmuş elmi seminar keçirilmişdir.
Sen 03, 2019 | 03:27

Seminarı “Giriş sözü” ilə ŞREM-in direktor müavini, biologiya üzrə fəlsəfə doktoru Fərhad Əzizov açmışdır. Seminarda AMEA ŞREM-in aparıcı elmi işçisi, “İctimaiyyətlə əlaqələr” şöbəsinin müdiri, professor Firədun İbrahimov “İslam və “insanın mükəmməlliyi – aliliyə çatması” paradiqmasına dayanan baxışlar” mövzusunda məruzə etmişdir. Məruzə ətrafında açılan müzakirələrdə geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Hüseyn Mustafabəyli, riyaziyyat üzrə fəlsəfə doktoru Vüqar Abdurahmanov, dissertant Elşən Abdurahmanov və başqaları fəallıq göstərmişlər.

Sonda elmi işlər üzrə direktor müavini Fərhad Əzizov professor F.N.İbrahimovun məruzəsinin məziyyətlərinə yüksək dəyər vermiş, seminarın səmərəli olduğunu xüsusi olaraq vurğulamış, bu istiqamətdə növbəti seminarlarda əlavə məruzələrin dinlənməsinin təşkilinin vacibliyini qeyd etmişdir.