ŞREM-in əməkdaşları tərəfindən əldə olunmuş növbəti uğur
Avg 06, 2019 | 04:10

Azərbaycan Milli Elmlər Akademiyası  Şəki  Regional Elmi Mərkəzinin əməkdaşları  biologiya üzrə fəlsəfə doktoru Əzizov Fərhad Şirin oğlunun, fizika üzrə fəlsəfə doktoru Şükürlü Yusif Hacıbala oğlunun, biologiya üzrə fəlsəfə doktoru  Xəlilov   Zərbalı Murad oğlunun  “Fındıq qabığından bioeksrakt” adlı ixtiraya dair iddia sənədi prosedur qaydalara müvafiq olaraq Azərbaycan  Respublikası Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəızinə göndərilmışdır. “Fındıq qabığından bioekstrat” adlı ixtiraya dair a 2017 0174 №-li  iddia sənədinin Patent haqqında Azərbaycan Respublikası Qanunun 29-cu maddəsinin 3-cü bəndinə əsasən ekspertizası aparılmış və Qanunun  7-ci  maddəsinin 2-ci bəndinə əsasən ixtiranın patent qabiliyyəti şərtlərinə uyğun olduğu müəyyənləşdirilmış və patent haqqında  sənədin “ Sənaye mülkiyyəti bülletenində” dərc olunması tövsiyyə  edilmişdir.

Təklif olunan ixtira ilə alınan bioekstrakt öz analoqlarından tərkibində bioloji fəal maddələrlə yanaşı orqanizm üçün tələb olunan həyati vacib mikro və makroelementlərlə zəngin olub, bir sıra xəstəlikləri - qan azlığı, əsəb pozuntusu, prostat vəzinin adenoması, dəri xəstəliklərinin müalicə və profilaktikasında diuretik vasitə kimi, həmçinin aromatizator dadverici və yeyinti boyası kimi qənnadı və qida sənayesində geniş istifadə imkanlarına malikdir.

Hazırda əməkdaşlar patentin kommersiyalaşdırılması istiqamətində    layihə hazırlayır və onun sənaye miqyasında istehsalı üçün texnologiya üzərində işləyirlər.