“Dağlar, Mədəniyyətlər, Landşaftlar və Biomüxtəliflik” adlı Beynəlxalq elmi konfrans
May 12, 2019 | 12:00

10-12 may 2019-cu il tarixlərdə AMEA Şəki Regional Elmi Mərkəzin əməkdaşları Bakı şəhərində Qərbi-Kaspi Universiteti və Beynəlxalq Dağçılıq Federasiyası (UİAA) ilə birgə təşkil edilən “Dağlar, Mədəniyyətlər, Landşaftlar və Biomüxtəliflik” adlı Beynəlxalq elmi konfransda iştirak etmişlər. Konfransda 4 bölmələr üzrə məruzələr dinlənilmişdir.Dağ ekosistemləri, ekoloji və biomüxtəliflik bölməsi “Dağlıq ərazilərdə ekosistemlərin formalaşması və biomüxtəlflik” istiqaməti üzrə Elmi Mərkəzin elmi işlər üzrə direktor müavini, biologiya üzrə PhD F.Əzizovun “Genofond və biomüxtəliflik” şöbəsinin rəhbəri C.Məmmədovun məqaləsi üzrə və “Ekoloji coğrafiya” şöbəsinin rəhbəri Y.Rəhimovun təqdim etdikləri məqalə üzrə məruzələr etmişlər.“Dağ landşaftları” bölməsi üzrə Elmi Mərkəzin “Landşaftşünaslıq” şöbəsinin rəhbəri, geologiya-mineralogiya üzrə PhD H.Mustafabəyli və elmi işçi E.Lətifov müəllifi olduğu məqalə üzrə təqdimat edilmişdir.“Dağ turizmi və rekreasiya” bölməsi üzrə Elmi Mərkəzin “Ekoloji Coğrafiya” şöbəsinin elmi işçisi A.İsmayılova “Dağ ekoturizminin müsbət və mənfi təsirlərinin azaldılması yolları” istiqaməti üzrə təqdim etdiyi məqalə üzrə məruzə etmişdir. Konfrans iştirakçıları müvafiq sertifikatlar ilə təltif olunmuşlar.Konfransın Təşkilat komitəsi ŞREM əməkdaşlarına aktiv iştiraka görə minnətdarlığını bildirmişdir.