Anlaşma Memorandumu
Apr 01, 2019 | 02:03

01.04.2019-cu il tarixdə “ABAD” publik şəxs ilə Azərbaycan Milli Elmlər Akademiyası Şəki Regional Elmi Mərkəzi arasında ASAN peşə layihəsi çərçivəsində regionda ipəkçilik, logistika və texnologiya, bağçılıq və tütünçülük sahələrində təlimlərin keşirilməsi və mütəxəssislərin hazırlanması üzrə əməkdaşlıq haqqında anlaşma Memorandumu imzalanmışdır. Tərəflər Şəki regionunun zəngin təsərrüfat işini və ənənələrini nəzərə alaraq, əhalinin məşğulluğunun və onların rifahının yüksədilməsində  ipəkçiliyin, logistika və texnologiyanın, bağçılığının və tütünçülüyün  mühüm rolunu qeyd edərək, mütəxəssislərin uğurlu peşəkar səriştələtinin  və təcrübələrinin mübadiləsinin vacibliyini  vurğulayaraq,  ənənəvi  ipəkçiliyin, logistika  və texnologiyanın, bağçılığın və tütünçülüyün insanlara öyrədilməsi ilə bağlı təcrübə və səriştələrin mübadiləsi ilə bağlı razılığa gəlmişlər. Anlaşma Memorandumu  ASAN peşə layihəsi çərçivəsində ipəkçilik, logistika və texnologiya, bağçılıq və tütnçülük sahəsində bilik və bacarıqların mübadiləsi və bu sahələr üzrə  dinləyicilərə təlimlərin ŞREM-in alim və mütəxəssislərin tərəfindən  keçirilməsi məqsədini daşıyır.